11:13 Cümə, 22 Noyabr 2019
MARAQLI

Həkim xəstənin burnunda kateteri unutdu - 10 il sonra bütün üz sümükləri irinlədi

23:02, 04.11.20197183
Həkim xəstənin burnunda kateteri unutdu - 10 il sonra bütün üz sümükləri irinlədi
Qadın 10 il əvvəl haymoritini müalicə etmək üçün şəhər xəstəxanasına müraciət edir. Qadını əməliyyat edib, irinin çıxması üçün kateter qoyurlar.

Qadın ondan sonra 2 dəfə müayinəyə getsə də, həkim kateteri görmür  və burundan düşüb itdiyini deyir.

Qadın kateterin düşmədiyini bildirsə də, həkim yenidən kateter salır. 
Köhnə silikon kateter isə uzun illər xəstənin burnunda qalır.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, kuryoz hadisə Yekaterinburqda baş verib. Qadın 10 il sonra təsadüfən dişini müalicə etdirəndə haymor cibində yad cisim və irin aşkarlanır. Qadının yuxarı dişləri o dərəcədə irinləmişdi ki, bütün dişlərini çıxarmalı oldu. 

Dərhal üz-çənə cərrahı əməliyyata alır və çox çətinliklə kateter borusunu çıxarırlar. 
 
Bütün burnu, dişləri sıradan çıxan, müalicələrinə 200 min xərcləyən qadın 10 il əvvəl burnunda katereri unudan həkimi məhkəməyə verib, təzminat davası açacaq. 
XƏBƏR LENTİ