Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Hərəkət dayandı - VİDEO

Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Hərəkət dayandı - VİDEO
SOSİAL
00:33 01.10.2026
84
Quba-Xınalıq yolunda torpaq sürüşməsi olub.  

AZXEBER.COM xəbər verir ki, sürüşmə yolun "Nazlı bulaq” kimi tanınan hissəsində baş verib.

Nəticədə yola qaya parçaları tökülüb və avtomobillərin hərəkəti dayanıb.

Bu isə bölgəyə gələn turistlərlə yanaşı, bir sıra kəndlərin sakinlərinin də gediş-gəlişinə ciddi çətinlik yaradıb.Yolun bağlanması xüsusilə Xınalıq istiqamətinə getmək istəyən turistlər üçün problem yaradıb.

Hadisə yerinə Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunub.

İşlərin qısa müddət ərzində yekunlaşdırılması və ərazidə nəqliyyat vasitələrinin hərəkətinin bərpa olunması nəzərdə tutulur.

Daha ətraflı "Xəzər TV”nin süjetində:

OXŞAR XƏBƏRLƏR