Axtarılan 2-ci sinif şagirdinin - Meyiti körpü altında tapıldı

Axtarılan 2-ci sinif şagirdinin - Meyiti körpü altında tapıldı
HADİSƏ
23:48 24.11.2026
33
Yardımlıda məktəblinin meyiti tapılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gendərə kəndində baş verib.

Belə ki, ikinci sinif şagirdi Ə.Q. məktəbdən evə qayıtmayıb. Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb. Lakin axtarışlar zamanı məktəblinin meyiti kənddəki körpünün altında aşkarlanıb.

İlkin ehtimala görə, Ə.Q. körpüdən yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırır.
OXŞAR XƏBƏRLƏR