Gədəbəydə 6 yaşlı uşağı maşın vurdu

Gədəbəydə 6 yaşlı uşağı maşın vurdu
HADİSƏ
16:47 21.11.2026
46

Gədəbəydə 6 yaşlı oğlan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Qaradağ kəndi ərazisində qeydə alınıb.

2020-ci il təvəllüdlü S. Həsənovu avtomobil vurub.

Azyaşlı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

OXŞAR XƏBƏRLƏR