Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu

Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu
SOSİAL
22:10 24.11.2026
50
Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Məhəmməd Nağıyev yaşadığı evin həyətindəki 30 metr dərinliyi olan su quyusuna düşərək boğulub.

Meyitin quyudan çıxarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR