Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin vəfat etdi

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin vəfat etdi
DÜNYA
20:35 24.11.2026
53
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, keçmiş xarici işlər naziri Hikmət Çətin 89 yaşında vəfat edib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, siyasətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Hikmət Çətin ötən ilin oktyabrında soyuqdəymə və pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bir müddət reanimasiya şöbəsində müalicə alan siyasətçi 2025-ci ilin oktyabr ayının sonunda evə buraxılmışdı.

2026-cı ildə yenidən xəstəxanaya yerləşdirilən Hikmət Çətinin müalicəsi İstanbulda davam etdirilirdi.
OXŞAR XƏBƏRLƏR