Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi

Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi
SİYASƏT
19:02 24.11.2026
63
"Azərbaycan və Gürcüstan arasında təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, görüşdə müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib. Nazir qeyd edib ki, Azərbaycan və Gürcüstan bir çox istiqamətlərdə birgə fəaliyyət göstərir və bu əməkdaşlıq hər iki ölkə üçün əhəmiyyətlidir.

Maka Boçorişvili təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsinin də vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasındakı dostluq və qarşılıqlı münasibətlər bütün istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi üçün əsasdır.

Nazir gələn ilin əvvəlində Ceyhun Bayramovu Tbilisidə qəbul etməyi gözlədiyini bildirib. O qeyd edib ki, siyasi dialoq çərçivəsində qarşılıqlı səfərlər heç vaxt artıq deyil. Belə görüşlər ölkələrə daha geniş müzakirələr aparmaq və ortaq maraq doğuran məsələləri ətraflı nəzərdən keçirmək imkanı yaradır.

Maka Boçorişvili əlavə edib ki, mövcud geosiyasi vəziyyət ölkələrin regional prosesləri daim diqqətdə saxlamasını və intensiv siyasi dialoq aparmasını zəruri edir. Onun fikrincə, regionda baş verən hadisələri müzakirə etməklə yanaşı, Azərbaycan və Gürcüstan arasında əlaqələrin daha da dərinləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR