Ceyhun Bayramov Azərbaycan-Gürcüstan münasibətlərindəki dinamikanı açıqladı
Azərbaycan və Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədə davam edir və son dövrlərdə münasibətlərdə ciddi dinamika müşahidə olunur.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, son altı ay ərzində iki ölkə arasında yüksək səviyyəli təmaslar və görüşlər intensiv xarakter alıb. O, bu çərçivədə Azərbaycan Prezidentinin iyun ayında Gürcüstana səfərini, 2026-cı ilin mayında Gürcüstanın baş naziri ilə keçirilən görüşü, eləcə də iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasını qeyd edib.
C.Bayramov əlavə edib ki, xarici işlər nazirlikləri arasında da müntəzəm və intensiv təmaslar mövcuddur. Onun sözlərinə görə, beynəlxalq tədbirlər çərçivəsində həmkarı ilə görüşlər keçirmək, rəsmi və qeyri-rəsmi müzakirələr aparmaq üçün yaranan hər bir fürsətdən istifadə edirlər.
Aynur Babazadə











































