ABŞ-də quş qripi can aldı: Ölənlərin sayı 3-ə çatdı

ABŞ-də quş qripi can aldı: Ölənlərin sayı 3-ə çatdı
DÜNYA
17:39 24.11.2026
61
ABŞ-da quş qripinə yoluxan 4 nəfərdən biri həyatını itirib.

AZXEBER.COM xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) oktyabr və noyabr aylarında quş qripinin qeydə alındığı təsərrüfatlarda çalışan 4 nəfərdə virusun aşkarlandığını açıqlayıb.

Yoluxma hallarının 3-ü Vaşinqton, 1-i isə Oreqon ştatında qeydə alınıb. Vaşinqtonda yoluxan şəxslərdən biri həyatını itirib.

Bununla da 2024-cü ildən indiyədək ABŞ-də quş qripinə yoluxanların sayı 75-ə, virusdan ölənlərin sayı isə 3-ə çatıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR