Bir bölgəyə güzəşt, digərlərinə yox? – İqtisadçıdan deputata ETİRAZ: “Bu, çox səhv təklifdir”

Bir bölgəyə güzəşt, digərlərinə yox? – İqtisadçıdan deputata ETİRAZ: “Bu, çox səhv təklifdir”
SOSİAL
17:20 24.11.2026
37
Milli Məclisin deputatı Fazil Mustafa 2027-ci il dövlət büdcəsindən Naxçıvana ayrılması nəzərdə tutulan dotasiyanın azaldılmasını məqsədəuyğun hesab etmədiyini bildirib.

Deputat bölgədə mövcud sosial problemlər, işsizlik və nəqliyyat çətinlikləri nəzərə alınaraq dövlət dəstəyinin artırılmasını təklif edib. O, həmçinin müalicə məqsədilə Bakıya gələn Naxçıvan sakinlərinin yol xərclərinin dövlət tərəfindən qarşılanmasının vacibliyini vurğulayıb.

Bəs bu təklifin həyata keçirilməsi dövlət büdcəsinə nə qədər əlavə maliyyə yükü yarada bilər? Belə bir qərar sosial ədalət prinsiplərinə nə dərəcədə uyğun olar?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu təklif həm iqtisadi, həm də sosial ədalət baxımından ciddi problemlər yarada bilər:

"Təbii ki, bu, çox səhv təklifdir. Mən onun hansı məqamlarda yanlış olduğunu bir-bir izah edəcəyəm. Bu cür ideyalar tənqid olunanda insanlar məsələnin mahiyyətini, iqtisadi tərəfini və dövlət üçün yaratdığı yükü nəzərə almırlar. Əvəzində, "Niyə verilməsin?”, "Niyə mümkün olmasın?” kimi suallar səsləndirirlər. Halbuki biz 70 il sosialist sistemində yaşamışıq və həmin sistemin nə qədər səmərəsizliyə, problemlərə yol açdığını görmüşük.

İlk növbədə, fərz edək ki, bu təklif qəbul olundu və həyata keçirildi. Bu halda ciddi korrupsiya və sui-istifadə riskləri yaranacaq. Məsələn, haradan biləcəyik ki, hansı xəstənin Bakıya gəlməsi zəruridir, hansının isə buna ehtiyacı yoxdur? Naxçıvanın özünün diaqnostika mərkəzi yoxdurmu? Bu, özü ciddi suallar doğurur. Hansı xəstəyə yol xərci ödənilməlidir, hansına ödənilməməlidir?

Deyə bilərlər ki, xəstə tibbi arayış təqdim edəcək və müvafiq qurum həmin sənədi araşdırdıqdan sonra qərar verəcək. Amma burada da ciddi nüanslar var. Biz praktikada bu cür proseslərdə saxtakarlığın, tanışlıq və qeyri-rəsmi ödənişlərin necə rol oynadığını görürük. Beş-on manat verib saxta arayış əldə etmək, yaxud tanışlıq vasitəsilə bu prosesi həll etmək mümkün ola bilər".

İqtisadçı hesab edir ki, təklifin digər problemli tərəfi vətəndaşlar arasında ayrı-seçkiliyə yol aça bilməsidir:

"İkinci məsələ isə ədalət prinsipidir. Tutaq ki, Zərdabdan Bakıya müalicə üçün gələn vətəndaş var. Bəs ona niyə yol xərci ödənilməməlidir? O da, məsələn, şəxsi avtomobili ilə gəlsə, müəyyən xərc çəkəcək, avtobusla gəlsə, yenə 20-30 manat xərcə düşəcək. Niyə bir bölgədən gələn vətəndaşa bu dəstək göstərilsin, digərinə isə yox?

Üçüncü məsələ Azərbaycandan müalicə məqsədilə İrana, Türkiyəyə, Almaniyaya və ya İsrailə getməyə məcbur olan xəstələrlə bağlıdır. Onların yol xərclərini kim qarşılamalıdır? Axı həmin insanlar da öz istəkləri ilə deyil, çarəsizlikdən, yerli səhiyyə xidmətlərinin keyfiyyətindən narazı qaldıqları və ya lazımi tibbi xidməti əldə edə bilmədikləri üçün xaricə üz tuturlar. Bu baxımdan, onlara münasibətdə daha ciddi ayrı-seçkilik yaranmış olar".

Natiq Cəfərlinin sözlərinə görə, dövlət xərclərinin artırılması büdcəyə əlavə yük yaratmaqla yanaşı, vergi siyasətinə də təsir göstərə bilər:

"Digər tərəfdən, biz daim dövlətdən pul ayrılmasını tələb edirik. Bəs dövlət bu vəsaiti haradan götürüb ödəməlidir? Bunu da aydın başa düşməliyik: dövlətin büdcəsi bizim ödədiyimiz vergilərdən və digər gəlir mənbələrindən formalaşır. Dövlətin xərclərini artırdıqca, nəticə etibarilə, vergi yükünün də artması ehtimalı yaranır. Bu, büdcə mexanizminin əsas prinsiplərindən biridir.

Belə əlavə xərclərin yaradılması büdcə yükünün artırılması deməkdir. Üstəlik, büdcə resurslarından nə dərəcədə səmərəli istifadə olunacağı da ciddi sual doğurur".

İqtisadçı təklifin populist xarakter daşıdığını bildirərək sosial yardımın vətəndaşların maddi vəziyyəti nəzərə alınmaqla müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb:

"Növbəti məsələ isə sosial ədalətlə bağlıdır. Bu təklif populist xarakter daşıyır və mən onu ciddi şəkildə tənqid edirəm. Çünki eyni xəstəliklə müalicə üçün müraciət edən şəxslərdən biri maddi baxımdan imkanlı, digəri isə aztəminatlı ola bilər. Belə çıxır ki, hər ikisinə eyni qaydada yardım göstərilməlidir. Halbuki bu, sosial ədalət baxımından düzgün yanaşma deyil".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir bölgəyə güzəşt, digərlərinə yox? – İqtisadçıdan deputata ETİRAZ: “Bu, çox səhv təklifdir”
17:20 24.11.2026
Bir bölgəyə güzəşt, digərlərinə yox? – İqtisadçıdan deputata ETİRAZ: “Bu, çox səhv təklifdir”
Zelenski Ukraynanın Fin körfəzində Rusiya gəmisini vurduğunu etiraf edib
17:15 24.11.2026
Zelenski Ukraynanın Fin körfəzində Rusiya gəmisini vurduğunu etiraf edib
Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi
16:46 24.11.2026
Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi
BMT-dən Myanmara qaçqınların qaytarılması ilə bağlı xəbərdarlıq
16:41 24.11.2026
BMT-dən Myanmara qaçqınların qaytarılması ilə bağlı xəbərdarlıq
Mətbuat Şurasından jurnalistlərə xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır”
16:30 24.11.2026
Mətbuat Şurasından jurnalistlərə xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır”
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:27 24.11.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Sumqayıtda evdən oğurluq edən şəxs saxlanıldı
16:24 24.11.2026
Sumqayıtda evdən oğurluq edən şəxs saxlanıldı
FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
16:16 24.11.2026
FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
Elmir ölümündən öncə sevgilisi ilə dava edibmiş - TƏFƏRRÜAT
16:16 24.11.2026
Elmir ölümündən öncə sevgilisi ilə dava edibmiş - TƏFƏRRÜAT
Şəkərli diabet xəstələri üçün yeni müayinə qaydası təsdiqləndi
16:15 24.11.2026
Şəkərli diabet xəstələri üçün yeni müayinə qaydası təsdiqləndi
Zahid Orucdan məmurlara - “Şəxsi maraqlar dövlət qərarlarına təsir etməməlidir”
15:47 24.11.2026
Zahid Orucdan məmurlara - “Şəxsi maraqlar dövlət qərarlarına təsir etməməlidir”
“Atlas Medical Center”in rəhbəri vəfat etdi
15:37 24.11.2026
“Atlas Medical Center”in rəhbəri vəfat etdi
Avstraliyadan ABŞ və Çinə xəbərdarlıq: Rəqabət münaqişəyə çevrilməməlidir
15:26 24.11.2026
Avstraliyadan ABŞ və Çinə xəbərdarlıq: Rəqabət münaqişəyə çevrilməməlidir
“Sonra da deyirlər ki, icra başçıları kabinetdən niyə çıxmır?” - VİDEO
15:22 24.11.2026
“Sonra da deyirlər ki, icra başçıları kabinetdən niyə çıxmır?” - VİDEO
Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər
15:20 24.11.2026
Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlib
15:15 24.11.2026
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlib