Ukrayna Prezidenti Volodimir Zelenski genişmiqyaslı hərbi yardım paketinin verilməsi və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi xahişi ilə ABŞ Konqresinin yeni tərkibinə müraciət etməyi planlaşdırır.
Bu barədə o, "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini münaqişəni ilin sonunadək dayandırmağa razı sala biləcəyi təqdirdə, Kiyev yardıma ümid edir.
"Sanksiyalar və Ukraynaya dəstəyin səviyyəsi elə olmalıdır ki, rusiyalılara aydın bir siqnal göndərilsin: danışıqlar masasına əyləşmək və müharibəni bitirmək vaxtı gəlib çatıb", - V.Zelenski deyib.
O, həmçinin müttəfiqləri "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket əleyhinə vasitələrin tədarükünü artırmağa çağırıb: "Zəhmət olmasa, ehtiyaclarımızı heç olmasa bütün dekabr ayı üçün təmin edin. Niyə? Çünki mən hələ də ümid edirəm ki, yanvar və ya fevral aylarında Konqresin yeni tərkibinə, necə deyərlər, yeni bir yanaşma tapmaq mümkün olacaq".
O bildirib ki, "Patriot" üçün 48 raketin tədarükü ləngiyir, çünki müvafiq paket hələ ABŞ-nin müdafiə naziri Pit Heqsetin təsdiqini almayıb: "Hətta bu partiyanın alınmasından sonra belə, Ukraynanın HHM sistemləri üçün raket çatışmazlığı əhəmiyyətli olaraq qalacaq".











































