Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
SİYASƏT
19:05 24.11.2026
82
''Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regional layihələrin inkişafı müzakirə olunub''.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, görüş zamanı regional əməkdaşlığın vacib məsələləri də müzakirə edilib. Nazir vurğulayıb ki, həyata keçirilən layihələr təkcə üç ölkə üçün deyil, daha geniş region üçün əhəmiyyət daşıyır.

Maka Boçorişvilinin sözlərinə görə, tərəflər Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətləri və regionda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

O qeyd edib ki, Gürcüstanın mövqeyi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verməyə hazır olmaqdan ibarətdir. Nazir Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişdən məmnunluğunu ifadə edib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın inkişafı Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, həmçinin regionun potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaq.

Maka Boçorişvili əlavə edib ki, görüşdə regional bağlantıların gücləndirilməsinə xidmət edən təşəbbüslər də müzakirə olunub. O, Cənubi Qafqazın inkişafına töhfə verən bütün layihələrin region üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR