Baş həkim: “Dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanlara yerləşdirmişik”

Baş həkim: “Dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanlara yerləşdirmişik”
SOSİAL
10:57 08.04.2021
910

"Təcili yardım təcili hallar - infarkt, boğulma, nəqliyyat qəzaları, zəhərlənmələr və s. də çağırılmalıdır. Ümumən sağlam insanın hərarəti bir az qalxıbsa, panikaya düşmək, ona hansısa dərmanlar vermək lazım deyil. Hərarət bədənin cavab reaksiyasıdır, bədəndə hərarət varsa, bu, mübarizə deməkdir. Çox da yüksək olmayan hərarətli xəstəyə dava-dərman edəndə, əksinə biz onun immunitetini aşağı salırıq, bədənin müqavimətini söndürürük”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev Modern.az-ın suallarını cavablandırarkən deyib.

O həmçinin qeyd edib ki, bəzi həkimlər COVID-19-un gizli şəkildə evdə müalicəsi ilə məşğuldurlar. Müalicə yazır, xəstəni də öyrədirlər ki, təcili tibbi yardım çağır yaxma götürsün, görək nəticə necədir. Bu təcili yardımdan sui-istifadə etməkdir. 

Çağırışlar çoxdur. Gecikmələr də olur. Biz bunu inkar etmirik. Müraciətlər çox olanda onları çeşidləyirik. Elə hər "37 dərəcə hərarətim var, tez ol gəl”, "çağırdığım an qapımda olmalısan” düşüncəsilə çağırış verənə gedə bilmərik. Kimsə bu cür halla bağlı təcili yardımı məşğul edirsə, özü vətəndaş olaraq, əməlini qiymətləndirməlidir. Axı təcili yardıma ehtiyacı olmayan birinin çağırışına getməklə, daha ağır xəstətənin çağırışına gecikirik. Burada söhbət insan həyatından gedir. Hərarət 37-ə qalxan kimi aləm qarışır bir-birinə. Ağır hal deyilsə, sahə həkiminə müraciət edin.

Əgər hansısa xəstə hərarəti 38-ə çatmadığı halda, təcili tibbi yardım çağırıbsa, digər ağır xəstənin haqqına girmiş olub. Digər tərəfdən diaqnoz məqsədilə təcili tibbi yardım çağırılması harada görülüb? Axı analiz götürmək təcili tibbi yardımın vəzifə borcu deyil. Çox güman ki, bu ittihamla çıxış edənlər təcili tibbi yardımın mahiyyətini anlamırlar. 

Təkcə dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanlara yerləşdirmişik. Onların bir hissəsi evdə, şəxsi həkimlər tərəfindən aparılan müalicələr nəticəsindəki ağırlaşanlardır. Ölüm vəziyyətinə gətirib çıxarandan sonra təcili tibbi yardım çağırırlar. Biriqadalar girir evə, təsəvvür edin, oksigen, sistem, klinikalar açırlar evlərdə. Yoluxma barədə ərazi üzrə polikliniklarda məlumat olanda, gizlin şəkildə evlərdə müalicələrə başlamayanda, onlar xəstə ilə maraqlanır.

Ağırlaşma halları olarsa, polikliniklardan bizə müraciət daxil olur ki, bu ünvanda ağırlaşma əlamətləri olan COVID-li xəstə var, onu xəstəxanaya yerləşdirin. Ayrı-ayrı həkimlərin müalicəsini alırlar, ağırlaşandan, nəticəsi olmayandan sonra günahkar təcili yardım olur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
14:25 30.06.2025
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
14:24 30.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
14:09 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
İranda zəlzələ olub
13:50 30.06.2025
İranda zəlzələ olub
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:45 30.06.2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib