Baş nazir: “Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var”

İQTİSADİYYAT
18:27 15.03.2022
376
"Biz daha çox Rusiyadan taxıl idxal edirik”.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Rusiya hökumətinin ixrac rüsumları 28 dollardan 34 dollara qaldırılıb:

"Ötən il Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti idxalçılara 75 milyon manata qədər subsidiya verib”.

Baş nazir deyib ki, Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var:

"Hökumət bu məsələ ilə məşğul olur. Biz taxıl ehtiyatlarımızı kifayət qədər artırmaqla bağlı çalışırıq. Amma mən detalları burada deməyəcəm”.
OXŞAR XƏBƏRLƏR