Baş nazir futbol oynayacaq

İQTİSADİYYAT
13:12 24.07.2014
2260
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan futbol oynayacaq.Baş nazir bir müsabiqə çərçivəsində təxminən 30 dəqiqə meydanda tər tökəcək. Baş nazir və Türkiyənin tanınmış futbol adamları "Başakşehir" klubunun meydançasının açılış mərasimində iştirak edəcək.Mərasimi tanınmış prodüsser Acun Ilıcalı təşkil edəcək. Futbol ictimaiyyətini bir araya gətirəcək mərasimdə futbol tarixinə imza atmış futbolçular ilə Türkiyə Super Liqasında oynayan futbolçular qarşılacaq.Ərdoğan da futbolçularla birlikdə meydançaya çıxaraq qələbə üçün mübarizə aparacaq. Matç 15 dəqiqəlik iki hissədən ibarət olacaq. Hər komandada 6 oyunçu olacaq.

OXŞAR XƏBƏRLƏR