Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir

Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
DÜNYA
21:34 14.03.2025
489
Ukrayna istənilən vaxt mineral ehtiyatlara dair ABŞ ilə müqavilə imzalamağa hazırdır.

AZXEBER.COM  "Reporta"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini - Ukraynanın ədliyyə naziri Olqa Stefanişina bildirib.

"Müqavilə hazırdır, mətnə ​​heç bir dəyişiklik edilmir. Danışıqlar bitib. Sadəcə, Amerika tərəfi indiki mərhələdə onu nə vaxt və hansı şərtlərlə imzalamaq istədiyinə qərar verməyib. Ukrayna istənilən vaxt imzalamağa hazırdır”, - o deyib.
OXŞAR XƏBƏRLƏR