Ukrayna istənilən vaxt mineral ehtiyatlara dair ABŞ ilə müqavilə imzalamağa hazırdır.
AZXEBER.COM "Reporta"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini - Ukraynanın ədliyyə naziri Olqa Stefanişina bildirib.
"Müqavilə hazırdır, mətnə heç bir dəyişiklik edilmir. Danışıqlar bitib. Sadəcə, Amerika tərəfi indiki mərhələdə onu nə vaxt və hansı şərtlərlə imzalamaq istədiyinə qərar verməyib. Ukrayna istənilən vaxt imzalamağa hazırdır”, - o deyib.