Baş nazirin oğlu imtahan vermədən universitetə qəbul oldu
DÜNYA
13:15 30.07.2012
2785
Rusiya baş nazirinin oğlu İlya Medvedyev Moskva Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. APA-nın məlumatına görə, bununla bağlı rektorun imzaladığı əmrdə bildirilir ki, İlya Medvedyev hüquq fakültəsinə imtahansız qəbul olunub. Buna səbəb baş nazirin oğlunun fənn Olimpiadasının qalibi olmasıdır. Rusiya qanunvericiliyinə görə, fənn Olimpiadalarının qalibləri imtahan vermədən istənilən instituta qəbul ola bilərlər. Bundan əvvəl verilən məlumatlara görə, İlya Medvedyev sənədlərini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna verib. Baş nazir isə bildirib ki, oğlu bir neçə instituta sənəd verib, lakin o konkret ali məktəb adı açıqlamayıb. O qeyd edib ki, hansı fakültədə oxuyacağına İlya özü qərar verəcək. Dmitri Medvedyev özü ixtisasca hüquqşünasdır.