"Bavariya" "Tottenhem"ə qalib gəldi

"Bavariya" "Tottenhem"ə qalib gəldi
DÜNYA
18:05 03.08.2024
177
Almaniyanın "Bavariya" və İngiltərənin "Tottenhem" klubları yoldaşlıq görüşü çərçivəsində üz-üzə gəliblər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Cənubi Koreyada keçirilən matçda münhenlilər 2:1 hesablı qələbəyə sevinib.

Görüşdə hesabı Bundesliqa təmsilçisi açıb. 4-cü dəqiqədə Qabriel Vidoviç fərqlənib. 56-cı dəqiqədə Leon Qoreçka fərqi iki topa çatdırıb.

İngiltərə kollektivinin yeganə qoluna isə 65-ci dəqiqədə Pedro Porro imza atıb.

Qeyd edək ki, bu komandalar 1 həftə sonra yoxlama matçında yenidən üz-üzə gələcəklər.
OXŞAR XƏBƏRLƏR