Bayden: İsrail-Fələstin müharibəsinin bitməsinin vaxtıdır

DÜNYA
12:22 18.10.2024
119
"İsrail-Fələstin savaşını bitirmək və məhbusları evlərinə qaytarmağın vaxtıdır”.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Bayden HƏMAS lideri Sinvarın öldürülməsi ilə bağlı mətbuata açıqlama verərkən deyib.

Bayden Qəzzada atəşkəsin təmin edilməsi üçün addımların atılmasının vacibliyini vurğulayıb.

ABŞ dövlət katibi Antoni Blinkenin bir neçə gün sonra İsrailə gedəcəyini və həmkarları ilə son vəziyyəti müzakirə edəcəyini açıqlayan Bayden, atəşkəslə bağlı konkret danışıqlara girmək istədikləri mesajını verib.

Bayden İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək onu təbrik etdiyinidə qeyd edib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR