Baydendən Haniyənin öldürülməsi ilə bağlı AÇIQLAMA: "Atəşkəsə kömək etmədi"

Baydendən Haniyənin öldürülməsi ilə bağlı AÇIQLAMA: "Atəşkəsə kömək etmədi"
DÜNYA
13:27 02.08.2024
158
ABŞ Prezidenti Co Bayden HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin öldürülməsindən danışıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Bayden baş verən bu hadisədən sonra Yaxın Şərqdə gərginliyin artmasından çox narahat olduğunu dilə gətirib.
 
Bayden açıqlamasında əlavə edib ki, Haniyə atəşkəs uğrunda, sülh naminə heç bir iş görmürdü.
 
O, bu məqsədlə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş keçirdiyini bildirib.

Netanyahu ilə telefon söhbətindən danışan Bayden bildirib ki, o, mümkün atəşkəs üçün addımlar atmalıdır:
 
"Mən bu mövzuda çox açıq danışdım. Atəşkəs üçün əsasımız var. Netanyahu bununla bağlı addımlar atmalıdır. Onlar da bu mövzu ətrafında dərhal hərəkət etməlidirlər".
 
Qeyd edək ki, Ağ Ev Baydenin Netanyahu ilə telefon danışığı apardığını təsdiqləyib.

Açıqlamada Baydenin Netanyahuya İsrailin təhlükəsizliyinə dair İrandan gələn bütün təhdidlərə və HƏMAS, Hizbullah habelə Husilər kimi terror qruplaşmalarına qarşı təhlükəsizliyinə təminat verib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR