Bayram günlərində peyvənd məntəqələri işləyəcəkmi?

Bayram günlərində peyvənd məntəqələri işləyəcəkmi?
SOSİAL
16:30 15.03.2021
695
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novruz bayramı günlərində peyvənd məntəqələrinin fəaliyyəti göstərməsi ilə bağlı suallara aydınlıq gətirib.

AZXEBER.COM xəbər verir ki, Agentlik peyvənd məntəqələrinin bayram günlərində bazar günləri istisna olmaqla növbəlilik prinsipi ilə işləyəcəyini bildirib.

Qeyd edək ki, vaksinasiya prosesinə nəzarəti Bakı şəhərində Səhiyyə Nazirliyi, regionlarda isə TƏBİB həyata keçirir.

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin "SinoVac” şirkətinin istehsal etdiyi "CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
OXŞAR XƏBƏRLƏR