BDU Jurnalistika fakültəsinin tələbəsinin köməyə ehtiyacı var

BDU Jurnalistika fakültəsinin tələbəsinin köməyə ehtiyacı var
SOSİAL
15:13 07.06.2021
1553
BDU-nun jurnalistika fakültəsinin II kurs tələbəsi Rauf Şirinov gözündə yaranan damar törəməsi və öd kisəsindəki törəmə xəstəliyindən əziyyət çəkir.

Hazırda müayinələri davam edən Rauf Şirinovun qardaşı Sahil Şirinov AZXEBER.COM-a açıqlamasında Raufun son durumundan danışıb.

Sahil Şirinov qeyd edib ki, Raufun öd kisəsindəki törəmə böyüməkdə davam edərsə, əməliyyat olunacaq:

"Raufun gözünün üzərində törəmə var idi. Bu törəməni Zərifə Əliyeva adına klinikada əmliyyatla götürdülər. Daha sonra isə kəskin ağrıları oldu. Təcili tibbi yardım maşını ilə xəstəxanaya apardıq. UZİ yoxlanışından sonra öd kisəsində də törəmə çıxdı. Daha sonra EGE hospitalda qarın boşluğunu müayinə etdilər. Bu gün səhər isə mədəsini müayinə etmək üçün MRT edildi. Amma MRT göstərmədiyi üçün narkoz verildi və mədəsi yoxlanıldı. Bu axşam isə başı yoxlanılacaq.

Hazırda davamlı olaraq ağrıları var. Bəzən bu ağrılar şiddətlənir. Ağrılar daha çox qarın boşluğunda olur. Amma həmin törəmə hələ ki, əməliyyat olunmayacaq. İki ay ərzində törəmə müalicə olunacaq. Əgər müalicə nəticəsində öd kisəsində olan bu törəmə böyüməzsə, əməliyyata ehtiyac qalmayacaq. Amma böyümə davam edərsə, o zaman əməliyyat olunacaq və öd kisəsi götürüləcək”.

Raufun Şirinovun qardaşı onu da qeyd edib ki, gündəlik 800-900 manat civarında vəsait lazım olur:

"Rauf xəstələnməzdən öncə atam insult keçirmişdi və biz əlimizdə olan bütün pulları atamın müalicəsinə xərclədik. Hazırda Raufun müalicəsi üçün gündəlik olaraq 800-900 manat civarında vəsait lazım olur. Biz bu pulu edilən yardımlar sayəsində ödəyirik. Bu günə qədər isə 2300 manatdan çox vəsait xərclənib. Hələ müalicəsi yazılmayıb. Müayinələr də davam edir. Buna görə də müəyyən məbləğdə pula hələ də ehtiyac olacaq. Yardım edən, bu məsələni işıqlandıran hər kəsə təşəkkür edirəm. İnşallah hər kəsin köməyi nəticəsində Rauf sağalacaq”.
 
Raufa kömək etmək istəyənlər üçün kart məlumatlarını təqdim edirik:
 
KAPİTAL BANK:
5103 0714 0908 2621
KEMRAN ELIYEV
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR