Bədənindən 3 litr piy çıxarılan Xatirə əməliyyatdan sonra - FOTO

Bədənindən 3 litr piy çıxarılan Xatirə əməliyyatdan sonra - FOTO
MAQAZİN
12:59 17.01.2019
4724
Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam ötən gün artıq çəkidən xilas olmaq üçün bıçaq altına yatıb.

AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, ifaçı şəhər klinikalarından birində əməliyyat etdirib. Bildirilib ki, pasientdən 3 litrə qədər piy çəkilib.
Xatirənin əməliyyatdan sonrakı halının fotosunu isə həmkarı Nicat Məhərrəmov paylaşıb. O, X.İslamla şəklini yayımlayaraq bu sözləri yazıb:

"8 saatlıq əməliyyatdan sonra artıq hər şey yolundadır. Xatirə xanım yaxşıdır. Alla şəfa versin".

Qeyd edək ki, Xatirə qarın, qol və buxaq hissəsində olan piyləri çəkdirib.
 

 


OXŞAR XƏBƏRLƏR