Belçikada karantinə alınan futbolçularımız barədə sabah qərar qəbul ediləcək

Belçikada karantinə alınan futbolçularımız barədə sabah qərar qəbul ediləcək
İDMAN
20:02 07.10.2021
310
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon rabitəsi vasitəsilə məsləhətləşmələr aparılır.

Oxu.Az xəbər verir ki, qəbul olunacaq yekun qərar barədə sabah məlumat veriləcək.

Məsləhətləşmə seçmə mərhələdə çıxış etmək üçün hazırda Belçikada olan yığmamızın üç futbolçusunun – Həmzəalı Mikayılov ("Sabah”), Adəm Topalov ("Səbail”) və İbrahim Ağayarovun ("Qarabağ”) koronavirusa yoluxması və bu səbəbdən Norveçlə görüşün təxirə salınması ilə bağlı olub. 

Məsələ burasındadır ki, Belçikanın daxili qanunlarına əsasən, millimizin üzvləri hazırda qaldıqları hoteldə karantin rejimindədir.
OXŞAR XƏBƏRLƏR