"Belə şərhləri yazanlar azyaşlı xanımlardır"

"Belə şərhləri yazanlar azyaşlı xanımlardır"
MAQAZİN
19:28 14.11.2014
13444

Müğənni Yaşar Cəlilov aparıcı Vüsalə Kərimova ilə adının birgə hallanmasından cana doyub.

ATVxəbər.az-a açıqlama verən müğənni Vüsalə Kərimova ilə aralarında sadəcə dostluq olduğunu etiraf edib:

“Artıq yorulmuşam. Mənim iki əlim var, maksimum iki ağız yuma bilərəm. 5 ilə keçəcək ki, mən Vüsalə ilə birgə çalışıram. Sağ olsun, təmənnasız mənə kömək edir. Qoy desinlər Yaşar babnikdi, gündə bir qızla gəzir, şorgözdür. Deyərəm, qoy desinlər, düz deyirlər də... Amma qadın ləkəni tez götürür. Kiminsə ana-bacısını ortalığa qoymaq, adını xoş olmayan hadisələrdə hallandırmaq lazım deyil. Şou-biznesdə o qədər xanım müğənnilər, xanım prodüsserlə və yaxud da ki, kişi müğənnilər kişi prodüsserlərlə çalışır ki.... O zaman onlar mavidir ? Və ya lezbiyandırlar? Məsələn Tolik Eltonla bir çalışır. Deyim ki, Toliklə Elton sevişir... Və ya Aysel Ləmanla çalışır. Deyim ki, onlar da lezbiyandırlar ? Nə dəxli var axı. Biz yaradıcı insanlarıq, belə şayələr lazım deyil. İnsanların şəxsi həyatlarına müdaxilə edib, axmaq şərhlər yazmaq lazım deyil. Belə şərhləri yazanlar azyaşlı xanımlardır

OXŞAR XƏBƏRLƏR