Benzema qol və məhsuldar ötürmə sayında liderdir

Benzema qol və məhsuldar ötürmə sayında liderdir
İDMAN
19:06 07.04.2022
365
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema Avropanın top-5 liqalarında çıxış edən oyunçular arasında qol və məhsuldar ötürmələrə görə birinci pilləyə yüksəlib.

35 yaşlı hücumçu cari mövsüm klub səviyyəsindəki qollarının sayını 37-yə çatdırıb. 13 dəfə məhsuldar ötürmə ilə yadda qalan forvard 50 qolda birbaşa iştirak edib.

Fransalı forvardın ən yaxın izləyicisi 49 qolun vurulmasına ( 45 top, 4 məhsuldar ötürmə) pay sahibi olan Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovskidir.

Qeyd edək ki, Kərim Benzema İngiltərədə "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda het-trik edib.
OXŞAR XƏBƏRLƏR