Bərdədə anadangəlmə lal və karlığı olan şəxsdən marixuana tapılıb

Bərdədə anadangəlmə lal və karlığı olan şəxsdən marixuana tapılıb
KRİMİNAL
17:00 12.11.2013
2604

Bərdə polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində saxlanılan şəxsdən 1 kq 700 qram marixuana götürülüb.

AZXEBER.COM-a Bərdə Rayon Polis Şöbəsindən verilən məlumata görə, keçirilən əməliyyat zamanı 53 yaşlı Süleyman Abbasovu saxlayıb.Bildirilib ki, ona məxsus avtomobilin yük yerindən 1 kq 700 qram qurudulmuş marixuana götürülüb. Polislər dərhal S.Abbasovu hadisə yerindəcə qandallayaraq polis şöbəsinə aparıb. Onun barəsində cinayət işi başlanıb. Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, saxlanılan Süleyman Abbasov anadangəlmə lal və kardır.

OXŞAR XƏBƏRLƏR