Bərdədə polis tərəfindən 5 kiloqram marixuana aşkarlanıb

Bərdədə polis tərəfindən 5 kiloqram marixuana aşkarlanıb
HADİSƏ
15:56 05.07.2025
373
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.

Axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb. Həmin şəxsin narkotik vasitəni satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.//APA
OXŞAR XƏBƏRLƏR