Onun əsəblərinin pozulduğu haqda xəbərlər yayılıbSuriya müxalifəti Bəşar Əsədin anası 78 yaşlı Anisa Məxlufun xəstələndiyi barədə xəbər yayıb.O, ölkədən çıxarılaraq, Birləşmiş Ərəb Əmirliyinə aparılıb.Müxalif mənbələrin yaydığı xəbər əsasən, Anisa Məxluf əsəb pozuntusundan əziyyət çəkir. Buna görə də onu əmirlikdəki klinikalardan birinə yerləşdiriblər.Hakimiyyət bu məlumata hələ ki münasibət bildirməyib.Xatırladaq ki, Bəşər Əsədin böyük bacısı, müdafiə nazirinin müavini Asif Şövkətin dul qalmış xanımı Buşrə Şövkət bu ilin sentyabrında Dubay əmirliyinə gedib.