"Beşiktaş" yeni baş məşqçi ilə danışıqlara başladı

"Beşiktaş" yeni baş məşqçi ilə danışıqlara başladı
İDMAN
18:35 09.12.2021
421
Almaniyalı baş məşqçi Daniel Farke Türkiyənin "Beşiktaş" klubunun sükanı arxasına keçə bilər.

İstanbul təmsilçisi 45 yaşlı mütəxəssislə danışıqlara start verib.

Onun bu gün istefa verən Sergen Yalçını əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Daniel Farke son olaraq İngiltərənin "Norviç Siti" klubuna rəhbərlik edib.
 

OXŞAR XƏBƏRLƏR