Bəstəkar Vaqif Mustafazadənin vəfatından 35 il ötür
MƏDƏNİYYƏT
10:21 16.12.2014
1479
Bu gün görkəmli bəstəkarı, pianoçu, Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi Vaqif Mustafazadənin vəfatının 35-ci ildönümüdür.Vaqif Mustafazadə 16 mart 1940-cı il Bakı şəhərində anadan olub. 1963-cü ildə A.Zeynallı adına musiqi texnikumunu bitirib. O, «Leyli» vokal kvartetinin, yeni Caz-Muğam üslubunun yaradıcısıdır. Azərbaycan musiqisinin, muğamın, klassik Amerikan caz musiqisi ilə sintezini yaradan da məhz Azərbaycan Muğam Caz Hərəkatının memarı olan Vaqif Mustafazadədir. Görkəmli bəstəkar Azərbaycan Respublikası əməkdar artisti fəxri adına layiq görülüb. Vəfatından sonra ona Azərbaycan Dövlət Mükafatı laureatı adı verilib.