Beynəlxalq Musiqili Teatrlar Assosasiyası təşəkkür etdi

MƏDƏNİYYƏT
12:52 08.12.2014
1676
Bakıda keçirilən “Teatr sənətinin multikulturalizm – universal dəyərlər sistemində yeri” movzusunda III Bakı Beynəlxalq Teatr Konfransının yüksək səviyyədə təşkil edilməsi hələ də müzakirə mövzusudur.
 Tədbirdə 47 ölkəni təmsil edən 150-yə yaxın teatr xadimi müntəzəm olaraq Mədəniyyət və Turizm nazirliyinə, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirməkdə və konfransın işini yüksək qiymətləndirməkdə davam edirlər. Bu günlərdə Beynəlxalq Musiqili Teatrlar Assosasiyasının İcraçı direktoru N. S. Zıkova Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevə bu münasibətlə təşəkkür məktubu göndərib. 
Xanım Zıkova belə tədbirlərin çağdaş teatr sənətinin inkişafında mühüm rol oynadığını bildirib. Daha sonra məktubda qeyd edilib ki, konfransda müzakirə edilən məsələlər, xüsusilə də multikulturalizm müasir dövrün aktual problemlərindəndir və vaxtaşırı bu cür tədbirlərin keçirliməsi, fikir mübadilələrinin aparılması ümumilikdə teatr sənətinin inkişafına xidmət edən vacib amillərdəndir. 
Gündən-günə gözəlləşən Bakıdan xoş xatirələrlə ayrıldığını bildirən xanım Zıkova yaradılan şərait üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinə minnətdarlığını bildirərək Azərbaycan Dövlət Musiqili Teatrı ilə əməkdaşlıqlarından məmnun olduqlarını və bu əlaqələrin davam edəcəyinə inandıqlarını qey edib.

OXŞAR XƏBƏRLƏR