Türkiyəli astroloq Dinçer Güner gündəlik qoroskop şərhlərini paylaşıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Merkuri ilə Pluton arasında sekstil bucaq yaranacaq.
Astroloq Güner, bu səmavi hadisənin 12 bürcə necə təsir edəcəyini özünün "X” platformasında belə şərh edib:
"Merkuri və Pluton arasında sekstil bucaq olacaq və onun təsir müddəti 2 gündür.
Zehni kəskinlik və intensivlik arta bilər. Analitik təfəkkür və araşdırma bacarıqlarınız güclənə bilər, mürəkkəb məsələlərlə maraqlana və həll yollarını daha tez görə bilərsiniz.
Yaradıcı layihələrdə, yazı və ya danışıqda daha ifadəli ola bilərsiniz.
Dərin təhlil və daxili kəşflərə meyl arta bilər. Bu dövrdə ünsiyyətdə daha güclü inandırıcı bacarıqlar inkişaf etdirə bilərsiniz.
Başqalarına təsir etmək və fikirlərinizi aydın şəkildə ifadə etmək daha asan ola bilər. Bu müddət ərzində məxfi məlumatlara və ya araşdırmalara diqqət yetirməyə meylli ola biləcəyinizi göstərir.
Problemləri daha effektiv həll etmək üçün daha təsirli strategiyalar hazırlaya bilərsiniz. Məxfi məlumatlar və ya sirlər açıqlana bilər. Bu həm şəxsi həyatımızda, həm də ümumən sosial məsələlərdə doğru ola bilər”.
Oksana