Bəzi şəxslərin ödədiyi vergi bu gündən dörd dəfə azaldıldı

İQTİSADİYYAT
20:04 01.01.2025
458

"Vergi Məcəlləsinə" edilən yeni dəyişikliklər əsasən, bir sıra xidmət sahələri üzrə illik dövriyyə həcmi 45 min manatadək olan mikrosahibkarların gəlirlərinə bu gündən 75 faiz güzəşt tətbiq olunmağa başlanıldı".

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.

Bildirilib ki, dəyişikliklərlə proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s. istiqamətlər üzrə vergi güzəşti tətbiqinə start verildi.

"Yəni VÖEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən bu gündən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər. Eyni zamanda, onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək. Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır. Bu halda, o gəlirindən bu ildən etibarən 2024-cü ildə olduğu kimi 600 manat deyil (3000 manat X 0.20), cəmi 150 manat (3000 manat X 0.05) vergi ödəyəcək. Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur.

Yeni qaydalar mikrosahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklik hesab olunur. Bu, qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra bilər", - deyə deputat bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir