Bıçaqlanan sürücü quldurları ifşa etdi - Lerikdə film kimi cinayət

Bıçaqlanan sürücü quldurları ifşa etdi - Lerikdə film kimi cinayət
SOSİAL
14:17 26.01.2017
2305
Sürücünü öldürüb pulunu və maşını ələ keçirmək istəyənlərin özü ələ keçdi

Lerik rayonunda lənkəranlı sürücüyə  qarşı dəhşətli quldurluq hadisəsi törədilib. Hadisə Lənkəran-Lerik yolunun 35-ci km-də, axşam saat 21 radələrində baş verib. İstiPress-in Cənub bürosunun məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan Lənkəran şəhər sakini, 1969-cu il təvəllüdlü Əzimov Bahadır Cavad oğlu idarə etdiyi VAZ 21 723 markalı maşınla  Lənkəran şəhərindəki Ləvəngi dayanacağında müştəri gözləyərkən tanımadığı 4 şəxs ona yaxınlaşıb. Sürücüdən onları  Lerik rayonundakı Relaks istirahət mərkəzinə yaxın ərazidə yerləşən tanışlarının evinə aparmağı xahiş ediblər. Sürücü həmin şəxsləri də götürüb avtomobili  deyilən əraziyə sürüb. Sərnişinlər sürücüdən 35-ci ikm-də maşını  saxlamağı tələb edib və özünü də zorla maşından düşürüblər.S ürücüyə qarşı zorakılıq hərəkətləri edilib, bir nəfər isə əlindəki cib bıçağı ilə onun sol bazu nahiyəsinə xəsarət yetirərək yaralayıb. Özünü iyirməyən sürücü quldurların başının qarışmağından istifadə edərək onların əlindən qaçmağa nail olsa da, təqibə məruz qalıb, quldurlar onun dalınca qaçıblar. Bir nəfər isə sürücünü öz maşını ilə təqib edib. Ani sıçrayışla  özünü maşınına atan sürücü qulduru itələyərək Lerik istiqamətində sürərək ölümdən qurtula bilib və dərhal Daxili İşlər Nazirliyinin (102) xidmətinə məlumat verib.

Lerik rayon polis şöbəsi əməkdaşlarının apardığı operativ əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərin hamısı saxlanılıb. Onlar 1995-ci il təvəllüdlü, sinif yoldaşları olan Astara rayonunun  Siyakü kənd sakinləri Ramil Ramiz oğlu Şabanov, Elvin Şadoğlan oğlu Rzayev, Rəhim Məmməd oğlu Hacıyev və Rinə kənd sakini, 1996-cı il təvəllüdlü Əlizadə Şamo Şahbaz oğludur. Artıq rayon polis şöbəsində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5 maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

İlkin ifadələrində saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum oldu
17:59 14.03.2025
Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum oldu
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
17:45 14.03.2025
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
17:36 14.03.2025
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
17:27 14.03.2025
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
17:21 14.03.2025
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
17:17 14.03.2025
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
17:16 14.03.2025
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
17:12 14.03.2025
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
17:05 14.03.2025
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
16:59 14.03.2025
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
16:57 14.03.2025
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
16:53 14.03.2025
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
16:49 14.03.2025
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
16:44 14.03.2025
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq
16:40 14.03.2025
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"
16:31 14.03.2025
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"