"Microsoft” şirkətinin təsisçisi Bill Geytsin sərvətinin ən böyük hissəsi Afrikaya çatacaq.
Bunu o, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının qərargahında çıxışı zamanı elan edib.
"Bu yaxınlarda mən vəd etdim ki, mənim sərvətim növbəti 20 il ərzində ötürüləcək. Bu maliyyələşdirmənin əsas hissəsi burada, Afrikada problemlərin həllində sizə kömək etmək üçün xərclənəcək”, – Geyts bildirib və əlavə edib ki, pullar Bill və Melinda Geyts Fondu vasitəsilə daxil olacaq.
Yazda o, 2045-ci ilədək bu fondun müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar yönəldəcəyini açıqlamışdı.
Hazırda Bill Geyts planetin ən varlı insanlarının siyahısında beşinci yeri tutur. Onun şəxsi sərvəti 175 milyard dollara çatır.
///Report