Bin Ladenin ölüm şərəfinə 10 illik saqqalını qırxdı – FOTO

MARAQLI
13:56 04.05.2011
2322

AZXEBER.COM portalının “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, 50 yaşlı Vaşinqton sakini Heri Ueddl 10 ildir saxladığı saqqalını qırxıb. Vaşinqtonda riyaziyyat müəllimi olan Heri Ueddl 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilmiş dəhşətli terror aktından sonra Bin Ladenin məhvinədək saqqalını qırxmayacağına söz veribmiş.

Mayın 1-də dostu ona zəng vuraraq «Əl-Qaida» liderinin öldürüldüyünü dedikdə isə, Ueddl 10 illik saqqalını kəsib.

OXŞAR XƏBƏRLƏR