Binəqədi və Sabunçu rayonlarında qızıl oğurlayan şəxslər saxlanılıblar

Binəqədi və Sabunçu rayonlarında qızıl oğurlayan şəxslər saxlanılıblar
KRİMİNAL
11:27 25.09.2025
161
Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
 
AZXEBER.COM xəbər verir ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.
 
OXŞAR XƏBƏRLƏR