Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.
FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, 12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 15 km aralı, Samur-Abşeron kanalının Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.











































