Birinci sinfə şagird qəbulunun vaxtı açıqlandı

Birinci sinfə şagird qəbulunun vaxtı açıqlandı
SOSİAL
11:31 16.03.2021
276

2021-2022-ci tədris ili üçün I sinfə şagird qəbuluna aprel ayının ikinci yarısından start veriləcək.

Təhsil Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi elektron sistem ilə  www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn formada aparılmalıdır. Vətəndaşlara texniki kömək və dəstək məqsədilə əvvəlcədən müəyyən olunmuş məktəblərdə Alternativ Qeydiyyat mərkəzləri yaradılacaq.

Qeyd edək ki, qəbul prosesinin keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR