Birinсi kanal fəaliyyətini dayandırır

02:02 20.08.2011
1566

Yunanıstan hakimiyyəti büdcə xərclərini azaltmaq üçün ölkənin birinci telekanalının fəaliyyətini dayandırmaq qərarına gəlib. ANS PRESS «RİA Novosti»yə istinadən bildirir ki, «ERT» Dövlət Teleradio Holdinqinin sənədli filmlər, ictimai proqramlar, konsertlər və idman yarışları üzrə ixtisaslaşmış «ET1» kanalı bağlanacaq. Həmçinin, milli audio və video yazı arxivi də ləğv ediləcək. Hökumət xərcləri azaltmaq üçün "Radio və televiziya" dövlət jurnalının işini də dayandırmağı qərara alıb.

OXŞAR XƏBƏRLƏR