“Biz Avropanın ən böyük iqtisadiyyatıyıq" - Putin

“Biz Avropanın ən böyük iqtisadiyyatıyıq" - Putin
DÜNYA
12:56 11.01.2024
191
"Avropanın ən böyük iqtisadiyyatıyıq. Almaniyanı geridə qoyub, dünyada beşinci sıraya yüksəlmişik. Çin, ABŞ, Hindistan, Yaponiya və Rusiya. Biz Avropada birinciyik." 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Putin Rusiyanın uzaq şərqində yerləşən Xabarovsk şəhərində qatıldığı toplantıda deyib. 

Rusiya Mərkəzi Bankının faiz dərəcəsinin zamanla aşağı salınacağına inandığını ifadə edən Putin, "Məncə Mərkəzi Bankın hazırkı faiz dərəcəsi müvəqqətidir və inflyasiya ilə bağlı məsələlər həll edildikdə bu hal dəyişəcək. Bankın atdığı addım ümumiyyətlə inflyasiya ilə mübarizəyə yönəlib və düşünürəm ki, məqsədə nail olacağıq” deyib. 

Rusiyanın alıcılıq gücü pariteti baxımından bütün Avropanı geridə qoyduğunu bildirən Putin, adambaşına düşən milli gəlir hissəsində daha çox çalışmalı olduqlarını və görəcəkləri işlərin olduğunu bildirib. 

Putin son vaxtlar ölkədə gündəm olan yumurta qiymətlərindəki artıma da toxunaraq, səlahiyyətlilərin artıma qarşı gec müdaxilə etdiyini bildirib. 

Rusiyada yumurta istehsalının azalmadığını, istehlakın artdığını qeyd edən Putin: 

"İnsanların gəlirləri bir az artıb və daha çox yumurta və toyuq əti almağa başlayıblar. Səlahiyyətlilər vaxtında idxalı açmağı düşünmədilər və qiymətlər də ona görə artdı. Ona görə də çox diqqətli olmalıyıq”. Deyib. 

Oksana
OXŞAR XƏBƏRLƏR