ABŞ dövlət katibi Antoni Blinken soyuq müharibədən sonra formalaşan dünya nizamının sona çatdığını bəyan edib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Con Hopkins Universitetində çıxış edən ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, hazırda yaşadığımız proseslər Soyuq Müharibədən sonra yaranan dünya nizamının gücünü yoxlamaqdır.
Blinkenin sözlərinə görə, onilliklər boyu davam edən nisbi geosiyasi sabitlik, möhkəmlənən sülh və təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, iqtisadi qarşılıqlı əlaqə, siyasi liberallaşma və insan hüquqları üçün perspektivlərlə yanaşı, avtoritar və revizionist güclərlə artan rəqabətlə əvəzlənib.
Şəbnəm