BMT-dan qorxunc XƏBƏRDARLIQ: "Növbəti epidemiyaya hazır deyilik"

BMT-dan qorxunc XƏBƏRDARLIQ: "Növbəti epidemiyaya hazır deyilik"
DÜNYA
11:05 28.12.2023
138
"Növbəti epidemiyanın qarşısını almaq üçün yaxşı işlər görməliyik. Bununla belə, həmin epidemiyaya hazır deyilik".

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş koronavirus epidemiyasından lazımi dərslərin alınması barədə danışarkən deyib.
     
Quterreş qeyd edib ki, bir çox səhiyyə sistemləri ciddi problemlərlə mübarizə aparır və inkişaf etməkdə olan ölkələrdə milyonlarla insanın peyvəndlərə çıxışı yoxdur.
 
Quterreş dünyanın viruslara nəzarət etmək, səhiyyə sistemlərini gücləndirmək və universal səhiyyə əhatəsini qurmaq üçün əməkdaşlıq etməli olduğuna diqqət çəkib və zəngin ölkələrin resurslar, müalicələrə nəzarət etmək, yığmaq meyllərindən əl çəkməli olduqlarını vurğulayıb.

BMT Baş Assambleyası koronavirus epidemiyasından dərs almaq və gələcək epidemiyalara hazır olmaq üçün 27 dekabr 2020-ci ildə qətnamə qəbul edib.

Qərara əsasən, dekabrın 27-si "Beynəlxalq Epidemiyaya Hazırlıq Günü” elan edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR