BMT-dən Qəzzayla bağlı xəbərdarlıq: Vəziyyət bölgəyə də yayıla bilər

BMT-dən Qəzzayla bağlı xəbərdarlıq: Vəziyyət bölgəyə də yayıla bilər
DÜNYA
09:43 30.12.2023
191
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Qəzzada vəziyyətin bölgəyə sıçraması riski barədə xəbərdarlıq edib və dərhal təmkinli olmağa çağırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrail ilə HƏMAS və Qəzzada digər qruplar arasında qarşıdurmaların şiddətləndiyini qeyd edərək, vəziyyətin bölgəyə yayılmasından dərin narahat olduğunu bildirib. 

Bunun bütün region üçün çox dağıdıcı nəticələri olacağını vurğulayan Quterreş deyib:

"Qəzzada qarşıdurma nə qədər uzun sürərsə, vəziyyətin daha geniş bölgəyə yayılma riski, gərginliyin artması və tərəflərin yanlış hesablamaları bir o qədər çox olar”.

Gülay
OXŞAR XƏBƏRLƏR