BMT: "Müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsul olacaq"

BMT: "Müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsul olacaq"
DÜNYA
19:16 16.05.2022
374
"Rusiya ilə Ukrayna arasında müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsulluq həddinə düşəcək".

Bu barədə BMT-nin tviter mikrobloqunda məlumat verilib.

Bildirilib ki, müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsulluq həddinə düşəcək və inkişafdakı, təxminən, 20 illik uğurlar təhlükə altına düşəcək.

Qeyd olunur ki, Ukrayna hökumətinin məlumatına görə, azı 100 milyard ABŞ dolları dəyərində olan evlər, yollar, körpülər, xəstəxanalar, məktəblər artıq dağıdılıb. Müharibə ölkə müəssisələrinin yarısının tamamilə bağlanmasına, digər yarısının isə çətinliklərə düçar olmasına səbəb olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR