BMT: "Qəzzada evlərin 80 faizində təmiz su yoxdur"

BMT: "Qəzzada evlərin 80 faizində təmiz su yoxdur"
DÜNYA
11:46 06.03.2024
118
BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında Qəzzada evlərdə təmiz suyun olmadığını bildirib. 

AZXEBER.COM xəbər verir ki, Qəzza vətəndaşları çətin şərtlər altında həyata tutunmağa çalışırlar.

Bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Qəzzaya çatdırılan ərzaq yardımının ehtiyaclarla müqayisədə çox az olduğuna diqqət çəkən Dujarrik Qəzzanın şimalı da daxil olmaqla bütün bölgələrə yardımların çatdırılması üçün təhlükəsiz giriş məntəqələrinin yaradılması çağırışını edib.

O, davam edən hücumların və gərgin qarşıdurmaların Qəzzada humanitar yardım əməliyyatlarına təsir etdiyini, BMT və tərəfdaşlarının təhlükəsizliklə bağlı təminata ehtiyacı olduğunu bildirib.

Su və kanalizasiya ilə bağlı ciddi problemlərin olduğuna diqqət çəkən Dujarrik sığınacaqlarda sıxlıq səbəbiylə təxminən 340 nəfərin tək tualetdən istifadə etməli olduğunu, 1300 nəfər üçün isə yalnız bir duş olduğunu söyləyib.

O, açıqlamasında Qəzzada evlərin 80 faizində təmiz su olmadığını bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR