BMT sülhməramlısı Afrikada həlak olub

BMT sülhməramlısı Afrikada həlak olub
DÜNYA
20:02 16.01.2024
167
Kamerun kontingentindən olan BMT sülhməramlısı Mərkəzi Afrika Respublikasının şimal-qərbində öldürülüb.

Bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasındakı Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası (MINUSMA) məlumat yayıb.

"Mbindeyl kəndi ərazisində patrul zamanı partlayış baş verib. Bir sülhməramlı ölüb, daha beşi yaralanıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, MINUSMA 2014-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Onun vəzifəsi ilk növbədə ölkənin mülki əhalisini qorumaqdır.
OXŞAR XƏBƏRLƏR