Argentinalı boksçu Huqo Santilyan vəfat edib.
23 yaşlı idmançı uruqvaylı Eduardo Abreu ilə keçirdiyi döyüş bitdikdən sonra huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan Huqo, beyin qanaxması nəticəsində 5 gün sonra dünyasını dəyişib.
Bir müddət əvvəl rusiyalı boksçu Maksim Dadaşov da rinqdə aldığı zərbələrdən sonra beyin qanaxması yaşamış və yerləşdirildiyi xəstəxanada vəfat etmişdi.
komanda.az